Ajda Pekkan: Heç Eurovision-da belə həyəcanlanmamışdım
    • 13-06-2024, 23:50
    • 275

Ajda Pekkan: Heç Eurovision-da belə həyəcanlanmamışdım

Superstar kimi tanınan Ajda Pekkan Beşiktaş Tüpraş Stadionunda pərəstişkarları ilə görüşüb. Konsertin aparıcısı Çağla Şıkel olub.

News24.az xəbər verir ki, konsertdə nəhəng orkestr ilə çıxış edən Ajda Pekkan; Onu Selda Bağcan, Nilüfer, Mazhar - Fuat, Işın Karaca, Hande Yener, Cem Adrian, Mabel Matiz, Semiçenk, Motive, Norm Ender və onun xoru və Dolapdere Bing Gang müşayiət edib.

Konsertdə hisslərini dilə gətirən Ajda Pekkan ilk dəfə Eurovision Mahnı Müsabiqəsində iştirak edərkən belə həyəcanlı olmadığını ifadə edərək, "Çox dəyərli yoldaşlarımla birlikdə çıxış edəcəyəm. Onlarla birlikdə olmaq mənim arzum idi" dedi. 

Musiqisevərləri "Axşamınız xeyir İstanbul" deyərək salamlayan Pekkan, "Bu sehrli atmosferdə sizinlə çox gözəl bir gecə keçirəcəyimizə inanıram. İnşallah musiqidə tarixi bir musiqi ziyafəti və dəyərli bir arxiv buraxacağıq. Məni bura gətirən çox dəyərli insanlarımıza və səhnəyə çıxacaq dəyərli dostlarıma təşəkkür edirəm" dedi.

Qeyd edək ki, Pekkanın sənətçi dostları ilə birlikdə əfsanəvi mahnılarını səsləndirdiyi “Ajda Pekkan & Friends” konsertinə musiqisevərlər böyük maraq göstərib.

Günel Məlikzadə