-
- Bu gün, 18:20
- 161
24 yaşlı gəncin dəhşətli sonu
24 yaşlı gənc parkda başından tapança ilə güllələnmiş halda ölü tapılıb.
News24.az Söz.az-a itinadən xəbər verir ki, hadisə Türkiyənin sakarya bölgəsində yaşanıb.
Əldə edilən məlumata görə, səhər saatlarında parkdan gələn silah səslərini eşidən sakinlət təcili yardıma xəbər veriblər.
Əraziyə sağlamlıq və polis qrupları göndərilib.
Hadisə yerinə gələn sağlamlıq qrupları gəncin öldüyünü bildiriblər.
Araşdırmalardan sonra ölən şəxsin 24 yaşlı Kadir Mutlu olduğu müəyyən edilib.
Mutlunun yanında tapılan silaha baxış keçirilib. Bölgədə geniş təhlükəsizlik tədbirləri alan polis qrupları hadisənin qətl yoxsa intihar olduğunu araşdırır.
Digər tərəfdən həyatını itirən Kadir Mutlunun evli, həyat yoldaşının isə hamilə olduğu öyrənilib.