Əsgərin poliqonda meyiti tapıldı
    • 13-06-2024, 18:49
    • 2 267

Əsgərin poliqonda meyiti tapıldı

Rusiyanın Volqoqrad vilayətində 26 yaşlı könüllü Müdafiə Nazirliyinin poliqonlarından birində ölü tapılıb.

News24.az Lent.az-a istinadla bildirir ki, hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Yerli jurnalistlər həmin şəxsin Voljskidən olduğunu müəyyən ediblər. Bir müddət əvvəl o, özü Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq qərarına gəlib və "Stalinqrad Batalyonu"na daxil olub.

Bəzi məlumatlara görə, könüllü qarşılıqsız sevgidən çox narahat olub və bu barədə həmkarlarına danışıb.