Ermənistan yenə Naxçıvanı ATƏŞƏ TUTDU
    • 13-06-2024, 21:30
    • 290

Ermənistan yenə Naxçıvanı ATƏŞƏ TUTDU


İyunun 12-si saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib 

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.