Bakıda faciə: yaşayış binasında lift qırıldı - Xəsarət alanlar var
    • 14-06-2024, 01:06
    • 300

Bakıda faciə: yaşayış binasında lift qırıldı - Xəsarət alanlar var


Bakıda Xudu Məmmədov küçəsində yerləşən "Şərur MTK" yaşayış kompleksində liftdə qəza baş verib.

News24 az bakupost.az-a istinadən xəbər verir ki, bu barədə sakinlər məlumat verib.

Bildirilib ki, lift qırılarkən içərisində 10 nəfər olub.

Xəsarət alanlar var.

Hadisə yerinə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları cəlb olunub.