Təyyarə qəzaya uğradı: Ölənlər var
    • 14-06-2024, 12:57
    • 178

Təyyarə qəzaya uğradı: Ölənlər var

ABŞ-ın Kaliforniya ştatında kiçik təyyarə qəzaya uğrayıb.

News24.az xəbər verir ki, təyyarə qəzasının təfərrüatları Alpine County Şerif Departamentinin Facebook hesabında edilən açıqlamada yer alıb.

Açıqlamada, "Luscombe 8" tipli tək mühərrikli təyyarənin Kaliforniyanın şimalındakı South Lake Tahoe bölgəsi yaxınlığındakı dağlıq ərazidə qəzaya uğradığı bildirilib.

Qəza nəticəsində 2 nəfərin öldüyü bildirilən açıqlamada, Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının hadisə ilə bağlı araşdırma başlatdığı qeyd edilib.

Günel Məlikzadə