Qarabağ Universitetinin ilk tələbəsi - FOTO
    • 15-06-2024, 08:42
    • 153

Qarabağ Universitetinin ilk tələbəsi - FOTO

Qarabağ Universitetinin ilk tələbəsi açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə Universitetin rektoru Şahin Bayramov feysbuk hesabında paylaşım edib.

O qeyd edib ki, universitetin ilk tələbəsi Əli Rüstəmzadədir.

Əli Mingəçevir şəhəri 17 saylı orta məktəbin məzunudur və III qrup üzrə 654 bal toplayıb.

O, seçim zamanı Qarabağ Universitetində hüquqşünaslıq ixtisasını seçəcək.