Kamal Abdulladan Dillər Universitetinin tələbə xanımlarına bayram jesti
    • 7-03-2019, 15:20
    • 949

Kamal Abdulladan Dillər Universitetinin tələbə xanımlarına bayram jesti

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə maraqlı addım atıb.  
News24.az xəbər verir ki, bu barədə universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı məlumat verib. Şahin Sərdarlı bildirib ki, rektor Kamal Abdulla universitetin 2 saylı qızlar yataqxanasında yaşayan 141 nəfər tələbələni bir aylıq yataqxana ödənişindən azad edib.  Qeyd edək ki, 2 saylı qızlar yataqxanasında 118 nəfər ADU-nun tələbəsi, 23 nəfər isə digər universitet və kolleclərin tələbələri yaşayır.

Sevinc YASİNQIZI