Gənc oğlanın qızı yandırması iddiası ilə bağlı DİN-dən açıqlama
    • 2-08-2018, 14:44
    • 1 651

Gənc oğlanın qızı yandırması iddiası ilə bağlı DİN-dən açıqlama

“Həmin videonun Azərbaycanda çəkilməsi inandırıcı deyil”

Bunu News24.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov sosial mediada Gəncədə marketlərdən birində gənc oğlanın qızı yandırması ilə bağlı yayılanvideo barədə suala  cavab verərkən bildirib.

O deyib ki, Gəncədə baş verdiyi iddia edilən hadisənin videogörüntüsünü izləyib: “Amma həmin hadisənin Gəncədən baş verməsini sübut edən fakt yoxdur. Mənim bu barədə məlumatım yoxdur”.

DİN-in Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov da hadisə ilə bağlı bildirib ki, sözügedən görüntülər Gəncə şəhərində qeydə alınmayıb. Ümumiyyətlə son bir neçə ayda Gəncədə yanğınla bu cür hadisə olmayıb.