-
- 17-05-2019, 00:08
- 1 401
Azərbaycan “Eurovision 2019”un finalında - FOTOLAR
Bu gün İsrailin Təl-Əviv şəhərində “Arzulamağa cürət et” (Dare to Dream) şuarı ilə keçirilən “Eurovision 2019” mahnı müsabiqəsininin ikinci yarımfinalı keçirilib. News24.az-ın Tel-Əvivə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, ölkəmizi təmsil edən Çingiz Mustafayevlə birgə finala vəsiqə qazanan növbəti 10 ölkə artıq məlum olub. Azərbaycan da finala vəsiqə qazanan 10 ölkə arasındadır.
64 ildir ki, fasiləsiz davam edən və bütün melomanların həvəslə gözlədiyi Eurovision mahnı müsabiqəsinin ikinci yarımfinalında 18 ölkə təmsilçisi finala vəsiqə qazanmaq uğrunda mübarizə aparıb. Müsabiqənin əsas loqotipinin yayımlanması ilə ikinci yarımfinala start verilib.
Daha sonra Eurovision mahnı müsabiqəsinin əsas səhnəsi 18 ölkə təmsilçisinin ixtiyarına verilib. Ardıcıl olaraq üç dəqiqə müddətində müsabiqənin əsas səhnəsini paylaşan avropalı ifaçıların intervallarında isə ənənəyə uyğun olaraq təmsilçi ölkənin təqdimat videoları nümayiş olunub. Avropa musiqi marafonunun əsas səhnəsi olan “Expo Tel-Aviv” arenasının Azərbaycan təmsilçisi 18-ci çıxıb. Çingiz Mustafayevin “Truth” mahnısında acı sevgi münasibətindən bəhs olunur. Müğənninin mahnısında muğama müraciət etməsi isə onun ifasına xüsusi rəng qatıb. Maraqlı quruluşa malik olan səhnədə 3D proyeksiyadan da istifadə olunub.
Müsabiqənin qaydalarına əsasən son ifaçıdan sonra 15 dəqiqə müddətində iştirakçılara səsvermək mümükündür. Avropa Yayımları Birliyi tamaşaçılardan və müsabiqənin qapalı münsiflər heyətindən gələn səsləri toplayaraq son nəticəni bəyan edbi. Bununlada 18 ölkədən yalnız 10 -u finala vəsiqə qazanıb. Həmin ölkələr Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Azərbaycan, Danimarka, Norveç, İsveçrə, Maltadır.