Müsabiqənin II yarımfinalından finala vəsiqə qazanan 10 finalçı ölkə təmsilçisinin mətbuat konfransı baş tutub. News24.az xəbər verir ki, mətbuat konfransında Azərbaycanı bu müsabiqədə təmsil edən Çingiz Mustafayev finala vəsiqə qazanmasından çox qürur hissi keçirdiyini deyib: "Azərbaycan adına qazanılan hər bir uğurla fəxr edirəm. Ümumiyyətlə, hər bir şey məni qalibiyyətə motivasiya edir". 

Mətbuat konfransında finala keçən hər ölkə təmsilçisinə Avropa mediasının təmsilçiləri tərəfindən suallar verilib. Hər bir təmsilçi finala vəsiqə qazanmasından sevincləri dilə gətirərək, finalda da uğurlu çıxış edəcəklərini bildiriblər. 

Hər bir ifaçı çıxışından sonra mayın 18-də keçiriləcək final mərhələsində hansı hissədə çıxış edəcəkləri ilə əlaqədar püşkatma keçirilib. Azərbaycan təmsilçisinin finalın 2-ci hissəsində çıxış edəcəyi müəyyənləşib.

Teglər: Eurovision 2019