Saatlıda 19 yaşlı gənc Arazda batdı
    • 18-06-2024, 22:00
    • 314

Saatlıda 19 yaşlı gənc Arazda batdı


Saatlıda 19 yaşlı gənc Araz çayında batıb.

News24.az teleqraf.com-a istinadla xəbər verir ki, hadisə Araz çayının Seyidlər kəndi ərazisində baş verib.

Seyidlər kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Amin Seymur oğlu Araz çayında çimərkən boğulub. Onun meyiti yaxınları tərəfindən sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.