Azərbaycanda FACİƏ: Ata və 6 yaşlı qızı Kür çayında batdı
    • 12-04-2024, 21:09
    • 132

Azərbaycanda FACİƏ: Ata və 6 yaşlı qızı Kür çayında batdı


Zərdab sakinləri olan ata və qızı Kür çayında batıb.

News24.az report.az-a istinadən xəbər verir ki, hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman 6 yaşlı S.S suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.

Hazırda onların axtarışları davam edir.