-
- 19-06-2024, 10:14
- 414
Dünya bazarlarında neft bahalaşdı
Dünya bazarlarında neftin qiyməti 85 dolları ötüb.
News24.az "Unikal"a istinadla xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin avqust müqaviləsinin dəyəri 0,05% artaraq 1 barelə görə 85.37 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,01% azalaraq 1 barelə görə 81.56 ABŞ dolları təşkil edib.