Sankt-Peterburqda azərbaycanlı faciəvi şəkildə öldü
    • 19-06-2024, 13:26
    • 873

Sankt-Peterburqda azərbaycanlı faciəvi şəkildə öldü

Rusiyanın Sankt-Peterburq şəhərində ölümlə nəticələnən yol qəzası olub.

News24.az Lent.az-a istinadla bildirir ki, qəza iyunun 17-də saat 5:10-də Kalininski rayonunun Suzdal prospektində, ev 73-ün yaxınlığında baş verib.

32 yaşlı Azərbaycan vətəndaşı "LADA Largus" markalı avtomobillə Svetlanovski prospektindən Kulturı prospekti istiqamətində hərəkətdə olarkən yol kənarında dayanan "MAN" markalı yük maşınına çırpılıb.

Nəticədə "Lada"nın sürücüsü yerindəcə keçinib. Araşdırma aparılır.