Qəbələdə yol qəzası baş verdi - ÖLƏN VAR
    • 19-12-2022, 12:45
    • 290

Qəbələdə yol qəzası baş verdi - ÖLƏN VAR

Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib.

News24.az xəbərinə görə, hadisə bu gün səhər saatlarında Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində qeydə alınıb.

“Lada Priora” və“Toyota” markalı avtomobillərin toqquşması nəticəsində “Lada”nın sürücüsü, Nic qəsəbə sakini 22 yaşlı Anar Hüseynli aldığı xəsarətlərdən hadisə yerində ölüb. digər nəqliyyat vasitəsinin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.