Azərbaycanda dəhşətli qəza
    • 19-06-2024, 14:00
    • 225

Azərbaycanda dəhşətli qəza

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon sakini 1992-ci il təvəllüdlü Umudov Əflatun Əflan oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Cəyli kəndi ərazisində aşıb. 

Bir neçə dəfə yuvarlanaraq əkin sahəsinə düşən maşının sürücüsü ağır xəsarətlər alıb. 

Avtomobildə olan sərnişinlər - 1984-cü il təvəllüdlü Ceyhun Ağanəzər oğlu Xanalıyev, 1993-cü il təvəllüdlü Toğrul Hikmət oğlu Xanalıyev və 1982-ci il təvəllüdlü Süleyman Qarakişi oğlu Əhmədov hadisə yerində vəfat edib.

Vəfat edən şəxslərdən Ceyhunla Süleyman bacanaq olublar.

Sürücü Umudov Əflatun ağır vəziyyətdə Bakıya aparılıb.

Faktla bağlı araşdırma aparılır.