Dünyada TƏK - 1500 illik Roma zirehİ
    • 19-06-2024, 15:23
    • 94

Dünyada TƏK - 1500 illik Roma zirehİ

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi 2020-ci ilin qazıntı mövsümündə Gümüşhanedəki Satala Antik Şəhərində tapılan Roma dövrünə aid legioner zirehlərin bərpa edildiyini açıqlayıb.

News24.az xəbər verir ki, nazirliyin açıqlamasında, Son Roma dövrünə aid edilən zirehin Lorica Squamata modelinə aid olduğu və modelin ilk məlum nümunəsi kimi böyük əhəmiyyət daşıdığı qeyd edilib.

Nazirlikdən bildirilib ki, ilk sənədləşmə mərhələsində torpağı ilə birlikdə qorunan zireh rentgen və tomoqrafiya ilə müayinə olunub.

Bəyanatda, demək olar ki, bütün rentgen nəticələrinin sağlam olduğu bildirilib.

Günel Məlikzadə