İt anasının gözü önündə körpənin üzünü yedi 
    • 2-08-2018, 15:27
    • 1 292

İt anasının gözü önündə körpənin üzünü yedi 

Hadisə Avstralyada baş verib. 

News24.az xəbər verir ki, it anasının gözü önündə 1 yaş 4 aylıq körpənin üzünü yeyib. Körpə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisəni görənlərin söylədiyinə görə, uşağın anası itə müdaxilə etsə də körpəni onun əlindən ala bilməyib. 


Cinayətkar iti zərərsizləşdirən və nəzarət altında tutan Bau- Bau Shire Bələdiyyəsinin rəhbəri Alison Leigton, alman cinsi olan itin qadağan olunmuş bir cins olmadığını dilə gətirib. İtin cinsi Wirehaired Pointerdir. 


Leigtonun sözlərinə görə, “itin gələcəyi haqqında Victoria polisi qərar verəcək”. 


Elvin Nüsrətoğlu