Paşinyanın partiyası gizli iclasa hazırlaşır
    • 19-06-2024, 20:40
    • 306

Paşinyanın partiyası gizli iclasa hazırlaşır

Ermənistanın hakim partiyası bu dəfə əvvəlkilərdən fərqli olacaq dördüncü siyasi iclasa hazırlaşır.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, partiyanın Siyasi şurasının üzvləri, yəni hökumət üzvləri, parlamentin daimi komissiyalarının rəhbərləri, fraksiya katibi və ərazi şuralarının sədrləri və hətta bütün deputatlar iclasa dəvət olunub.

Gələn informasiyalara əsasən, Nikol Paşinyan daxili siyasi iğtişaşların baş verdiyi bu zamanlarda partiya üzvlərinə qarşı ehtiyatlı davranıb, artıq onlara kürək çantası kimi yanaşmır.

Maraqlıdır ki, iclasın dəqiq vaxtı üzvlərə hələ verilməyib. Qəzetin xəbərinə görə, mətbuata sızmaların və xoşagəlməz insidentlərin qarşısını almaq üçün belə bir metod seçilib. Hökumət üzvləri iclasın keçirildiyi yerə keşiş Baqratın adamlarının gələcəyindən ehtiyat edirlər.