Məşhur aktyordan fotoşop iddialarına cavab
    • 19-06-2024, 18:25
    • 213

Məşhur aktyordan fotoşop iddialarına cavab

"Ezel", "Kuzey Güney", "Karadayı", "İçerde", "Çukur" kimi seriallarda rol alan Rıza Kocaoğlu havalar isindikcə tətilə çıxıb.

News24.az xəbər verir ki, Çeşməyə gedən 45 yaşlı Rıza Kocaoğlu fit bədəni ilə diqqət çəkib.

Lakin ötən gün aktrisa həmkarı Deniz İşinlə dənizdə çimərkən görüntülənən Kocaoğlunun öz paylaşımlarında əzələlərinin olmaması fotoşop iddialarına səbəb olub.

Xəbərin ardından Kocaoğlu sosial media hesabında yayımladığı video ilə fotoşop iddialarına cavab verib.

Kaan Urgancıoğlunun çəkdirdiyi videoda hovuzdan çıxarkən görüntülənən məşhur aktyor "İzmirliyik. İzmirdə fotoşop yoxdur, boyoz, söğüş, kumru var" sözləri ilə bağlı şəkilini paylaşıb.

Günel Məlikzadə