Avropa İttifaqının komissarı Azərbaycanda səfərdədir
    • 20-06-2024, 14:36
    • 278

Avropa İttifaqının komissarı Azərbaycanda səfərdədir

Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra Azərbaycanda səfərdədir.

News24.az-ın məlumatına görə, Aİ komissarı bu barədə "X" hesabında bildirib.

"Hökumət nümayəndələri və vətəndaş cəmiyyəti ilə COP29 prioritetlərini və iqlim ambisiyalarını müzakirə etmək üçün tam gün Bakıdayam. Biz BƏƏ-də əldə olunan konsensusun bütün qlobal enerji keçidi hədəflərini həyata keçirməli və bunu iddialı iqlim maliyyəsi vasitəsilə dəstəkləməliyik", - Aİ rəsmisi qeyd edib.