-
- 8-07-2021, 13:52
- 639
Avropa İttifaqının komissarı Samir Nuriyev və Hikmət Hacıyevlə görüşdü
Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi Azərbaycana səfəri çərçivəsində Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
News24.az xəbər verir ki, bu barədə avropalı diplomat özünün tvitter hesabında yazıb.
O bildirib ki, görüşdə İqtisadi və İnvestisiya Planının tətbiqinə dair fikir mübadiləsi aparılıb: "Həmçinin görüş zamanı COVID-19-un yaratdığı çağırışlara cavab tədbirlərindən də söhbət açdıq".
Xatırladaq ki, Aİ komissarı Cənubi Qafqaz turu çərçivəsində iyulun 7-də Gürcüstanda olub, iyulun 8-də isə Azərbaycana gəlib. O, iyulun 9-da Ermənistana səfər edəcək.
O.Varhelyinin region ölkələrinə səfərinin məqsədi İqtisadi və İnvestisiya Planını təqdim etmək və ikitərəfli münasibətlərin vacib məsələlərini müzakirə etməkdir.