-
- 20-06-2024, 16:03
- 439
İngiltərədə yeni Covid-19 araşdırması
İngilis alimləri Covid-19 ilə bağlı apardıqları elmi araşdırmada bəzi insanların virusa məruz qalmasına baxmayaraq, Covid-19-a yoluxmadıqlarını aşkar ediblər.
News24.az xəbər verir ki, alimlər bu insanların burunlarındakı xüsusi hüceyrələrin virusu yayılmadan əvvəl fərq etdiyini və virusa məruz qalmadan əvvəl bədənlərində HLA-DQA2 adlı genin yüksək səviyyədə olduğunu müəyyən ediblər.
Böyük Britaniyada yerləşən London İmperial Kollecində aparılan Covid-19 elmi araşdırmasının bir hissəsi olaraq, elm adamları Covid-19-a səbəb olan SARS-CoV-2 virusu ilə mübarizə apara bilən insanların davamlı xəstəlikdən qaçmağa kömək edən unikal immun reaksiyalarına sahib olduqlarını aşkar ediblər.
Bir şəxs virusa məruz qalmadan əvvəl və sonra əldə edilən tapıntılara görə, burun selikli qişasında yerli immun reaksiyasının fərdlərə virusu müəyyən etməyə və infeksiyaya səbəb olacaq bir dayaq əldə etməsinə imkan verdiyi ifadə edilib.
Günel Məlikzadə