-
- 29-02-2024, 18:44
- 665
Covid-19 IQ-nu azaldır?
COVID-19-dan sonra uzun müddət fərqli simptomlarla özünü göstərən "Long Covid" kimi tanınan xəstəliklə bağlı yeni araşdırma aparılıb.
News24.az araşdırmalara istinadən bildirir ki, uzun müddətdir Covid-dən əziyyət çəkən insanlarda görülən "beyin dumanı" intellektin azalmasına səbəb ola bilər.
112 mindən çox insanın məlumatlarının araşdırıldığı təcrübədə COVID-19-un beyin və yaddaşa təsiri araşdırılıb. Araşdırmaya görə, "Long Covid" xəstələrinin IQ-da 6 ballıq azalma müşahidə edilə bilər.
İngiltərədəki London İmperial Kollecinin tədqiqatçıları, "beyin dumanı" adlanan və tam tərifi mümkün olmayan pozğunluğun ölçülə bilən təsirlərə malik olduğunu ortaya çıxarıblar.
Onu da qeyd edək ki, ağır COVID-19 olan və xəstəxanaya yerləşdirilməli olanlar üçün vəziyyət daha pisdir.
Məlum olub ki, şiddətli COVID-i olanlarda IQ azalması 9 bal olub.
Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, dünyada ən azı 65 milyon insan hələ də uzun müddətdir Covid ilə mübarizə aparır.
Günel Məlikzadə