Joze Mourinyo işə başladı
    • 20-06-2024, 22:10
    • 362

Joze Mourinyo işə başladı

"Fənərbağça"nın yeni mövsüm öncəsi komandaya başçı təyin etdiyi Joze Mourinyo tətilindən sonra yenidən İstanbula gəlib. Məşqinə Samandıra Can Bartu Facilities-də başlayan portuqaliyalı məşqçi sosial media hesabında "1-ci gün" yazısını paylaşıb.

News24.az xəbər verir ki, sarı-göylü futbolçular 22-23 iyun tarixlərində sağlamlıq yoxlamalarından sonra obyektlərdə toplanmağa başlayacaq. İlk mərhələ məşqini 24-29 iyun tarixlərində Topuk Yaylasında keçirəcək Fənərbaxça, daha sonra 2-13 iyul tarixlərində Avstriyanın Bad Wastersdolf şəhərində düşərgə keçirəcək.

Portuqaliyalı çalışdırıcının komandasının adları və vəzifələri belədir;

  • Salvatore Foti (1-ci köməkçi məşqçi)
  • Stefano Rapetti (Fitness Məşqçisi/ Metodoloq/ İdman Alimi)
  • Luca Fatiqa (2-ci Köməkçi Məşqçi / Set Parça Məşqçisi / Köməkçi Fitnes Məşqçisi)
  • Michele Salzarulo (Təhlil meneceri, oyundan əvvəl-sonrası və canlı matç təhlili)
  • Ricardo Formosinho (Taktik Analiz və Təlim Performansının Təhlili)

Günel Məlikzadə