"Yüksək rütbəli İŞİD üzvü öldürüldü"
    • 20-06-2024, 22:50
    • 257

"Yüksək rütbəli İŞİD üzvü öldürüldü"

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi açıqlamada İŞİD terror təşkilatının yüksək rütbəli rəsmilərindən olan Usamə Camal Məhəmməd İbrahim əl-Cənabinin hava hücumu nəticəsində öldürüldüyü bildirilib. 

“Onun ölümü terror təşkilatının hücumları üçün resursları təmin etmək və terror aktları həyata keçirmək imkanlarını pozacaq”, - deyə məlumatda bildirilir.

News24.az xəbər verir ki,Hava hücumunda mülki vətəndaşların zərər çəkmədiyi vurğulanıb.

Bildirilib ki, ABŞ əsgərləri İŞİD-in əməliyyat gücünü zəiflətmək üçün bölgədəki müttəfiqləri və tərəfdaşları ilə birgə əməliyyatları davam etdirəcəklər.

Günel Məlikzadə