-
- 21-06-2024, 12:33
- 335
"İndiki qızlar çamadanı götürüb atasının evinə gedir"
Xalq artisti Gülyaz Məmmədova "Xəzər axşamı" verilişində qonaq olub.
News24.az axşam.az-a istinadən xəbər verir ki, müğənni oğlu Ramazan üçün olan gəlin arzusundan danışıb.
"Oğlumu çox sevsin, onun qulluğunda dursun. İndiki qızlar 5 dəqiqə küsmür, çamadanı götürüb atasının evinə gedir".
G.Məmmədova oğlunun xarici ölkədə yaşamaq istəyinə isə belə reaksiya verib:
"Onun xarici ölkəyə köçməsini istəmərəm. Darıxaram. Amma özü bilər. Nə edə bilərəm ki?".