Rekord istilər: Ölənlər var
    • 21-06-2024, 12:39
    • 349

Rekord istilər: Ölənlər var

Meksika mətbuatında yer alan xəbərə görə, həddindən artıq istilərin təsirli olduğu ölkədə ölənlərin sayı artarkən, bəndlərdəki suyun səviyyəsi azalır.

News24.az xəbər verir ki, 2024-cü ilin əvvəlindən ölkə daxilində həddindən artıq isti hava səbəbindən 155 nəfər ölüb, ölənlərin əksəriyyəti Verakruzdadır.

Verakruz, Tabasko, Tamaulipas, Nuevo Leon və San Luis Potosi ştatlarında havanın temperaturu 45 dərəcəni keçib.

Səhiyyə Katibliyindən verilən açıqlamaya görə, təkcə 13-18 iyun tarixləri arasında yüksək temperaturdan 30 nəfər ölüb.

Mətbuatda günvurma ilə bağlı xəstəxanalara təxminən 2567 nəfərin müraciət etdiyi bildirilib.

Bildirilib ki, qızmar istilər oktyabrın 5-dək davam edəcək.

Digər tərəfdən, bəzi ştatlarda buxarlanma sürətinin artması səbəbindən bəndlərdəki suyun miqdarı kritik səviyyəyə düşüb.

Qeyd edək ki, Milli Meteorologiya Xidməti iyunun 9-da ölkə daxilində yeni isti dalğasının təsirli olacağını açıqlayıb və xroniki xəstələrin lazım olmadıqca müəyyən saatlarda çölə çıxmamasını tövsiyə edib.

Günel Məlikzadə