Şəxsiyyət vəsiqəsi ilə bağlı Seçki Məcəlləsinə dəyişiklik edilir
    • 21-06-2024, 13:22
    • 1 534

Şəxsiyyət vəsiqəsi ilə bağlı Seçki Məcəlləsinə dəyişiklik edilir

Şəxsiyyət vəsiqəsi ilə bağlı Seçki Məcəlləsinə dəyişiklik edilir.

News24.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq bu gün keçirilən iclasında müzakirə edilən Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.

Məlum olduğu kimi, 1 sentyabr 2018-ci ildən ölkədə yeni nəsil şəxsiyyət vəsiqələri tətbiq edilir.

Bununla əlaqədar "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilib, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanı ilə təsdiq edilib.

Təsdiq edilmiş şəxsiyyət vəsiqəsinin üz tərəfində əvvəl verilmiş şəxsiyyət vəsiqələrindən fərqli olaraq, vəsiqənin "verilmə tarixi" deyil "etibarlılıq müddəti göstərilir.

Seçki prosesində iştirak edən yeni nəsil şəxsiyyət vəsiqələri sahiblərinin rastlaşdığı problemi aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müvafiq normalarını yeni qanunvericilik aktlarına uyğunlaşdırılması zərurəti yaranmışdır. Bu məqsədlə "Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun layihəsi hazırlanıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.