Şinçaydan sel keçdi
    • 23-06-2024, 12:09
    • 182

Şinçaydan sel keçdi


Ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Lənkəran Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsi 6, Viləşçayda 2, Balakən-Şəki bölgəsi ərazisindən axan Katexçayda 3, Əyriçayda 120, Qarasuçayda 103, Qusar rayonu ərazisindən axan Qusarçayda 43, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Bərgüşadçayda və Oxçuçayda 1, Həkəriçayda isə 4 sm artım müşahidə olunub.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 23-ü saat 11:00-a olan məlumatında bildirilir.

Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, gecə saatlarında Şəki rayonu ərazisindən axan Şinçaydan sel keçib: "Hazırda çayda azalma müşahidə olunur".