Mağazada silahlı atışma: ÖLƏN VAR
    • 23-06-2024, 12:43
    • 328

Mağazada silahlı atışma: ÖLƏN VAR


ABŞ-nin Arkanzas ştatının Fordays şəhərində atışma nəticəsində ölənlərin sayı dördə çatıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə "Associated Press" agentliyi polisə istinadən xəbər verib.

"Atışma zamanı həlak olanların hamısı mülki şəxslərdir", - deyə polisdən bildirilib.

Məlumata əsasən, cümə günü ərzaq mağazasında baş verən atışmada 14 nəfər yaralanıb.

Hadisənin başqa təfərrüatları barədə məlumat verilməyib. Polis araşdırma aparır.