Məşhur aktyora köpəkbalığı hücum etdi
    • 24-06-2024, 14:21
    • 324

Məşhur aktyora köpəkbalığı hücum etdi

“Karib dənizinin quldurları 4 qərib gelgitlərdə” filmində rol alan Tamayo Perri bazar günü Havay arxipelaqının Oahu adasının sahillərində sörfinqlə məşğul olarkən köpəkbalığının hücumuna məruz qalıb.

News24.az xəbər verir ki, Oahu adasının şimal sahilindəki Malaekahana çimərliyində xilasedici və sörf üzrə təlimatçı olan 49 yaşlı Tamayo Perrinin cəsədi tapılıb. Yerli sörfçülər tərəfindən tapılan cəsədin bir qolu və ayağının olmadığı açıqlanıb.

Honolulu Fövqəladə Xidmətlər Departamentindən verilən açıqlamada, ilk təcili çağırışın bazar günü saat 13:00 radələrində gəldiyi və Tamoya Perrinin cəsədinin jet ski ilə sahilə gətirildiyi bildirilib.

Honolulu Okean Təhlükəsizliyi Baş İdarəsinin səlahiyyətlərini icra edən Kurt Lager deyib ki, cənab Perri “hamı tərəfindən sevilən xilasedici” olub.

Günel Məlikzadə