Milli qapıçı zədələndi
    • 24-06-2024, 23:30
    • 232

Milli qapıçı zədələndi

Türkiyə Futbol Federasiyası qapıçı Doğan Alemdarın səhhəti ilə bağlı açıqlama yayıb.

News24.az xəbər verir ki, TFF-dən verilən açıqlama belədir:

“Milli komandamızın dünən axşam məşqində dizindən zədə alan milli qapıçımız Doğan Alemdarın müayinə və müayinələri yekunlaşıb.

Yoxlamalar nəticəsində Doğanın sol dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb və milli qolkiperimizin müalicəsinin növbəti mərhələsinə keçmək üçün düşərgəni tərk etməsinə qərar verilib.

2024-cü il Avropa Çempionatına qapıçı vəsiqəsini təmin etmək üçün Medipol Başakşehir FK komandasından Məhəmməd Şengəzer A Milli Komandasının düşərgəsinə çağırılıb".


Günel Məlikzadə