Aİ-dən Apple-a cəza
    • 24-06-2024, 18:50
    • 227

Aİ-dən Apple-a cəza

"Apple”ın “App Store” qaydaları Aİ-nin texnologiya sektoru ilə bağlı qaydalarını pozur.

News24.az Avropa Komissiyasından verilən açıqlamaya istinadən xəbər verir ki, təhqiqat App Store-dakı qaydalara görə proqram tərtibatçılarının istehlakçılara alternativ təklif etməsinə mane olduğu əsası ilə açılıb.

Avropa Komissiyası, Avropa İttifaqının (Aİ) rəqabət tənzimləmə orqanı, Apple AAPL.O, Alphabet-in Google GOOGL.O və Meta-ya qarşı AB-nin texnologiya sektoru qaydalarını pozmuş ola biləcəkləri səbəbiylə martın sonunda araşdırma başladıb.

Araşdırmadan sonra ilkin təsbitləri Apple-a göndərdiyini bildirən Komissiya:

"Bu əməliyyat şərtləri tərtibatçılara öz müştərilərini sərbəst şəkildə (alternativlərə) yönləndirməyə imkan vermir. Məsələn, tərtibatçılar proqram daxilində qiymət məlumatı təqdim edə və ya alternativ paylama kanallarında mövcud olan təklifləri təşviq etmək üçün öz müştəriləri ilə əlaqə saxlaya bilməzlər".

Günel Məlikzadə