"Müxalifət sevinməlidir ki, seçkilər tez keçirilir"
    • 25-06-2024, 11:19
    • 185

"Müxalifət sevinməlidir ki, seçkilər tez keçirilir"

Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi üçün yeni təlimlər keçirmək lazımdır.

News24.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 25-də keçirilən iclasında çıxışı zamanı deyib.

Deputat seçkilər məsələsinə də toxunub:

"Müxalifət sevinməlidir ki, seçkilər tez keçirilir. Amma biz əksini görürük. Onlar neçə vaxtdır deyirlər ki, aksiya keçirəcəyik və sair. Qeyd edim ki, bizim seçkilər hər bir qaydalara uyğun keçirilir".

Günel Məlikzadə