News24.az  Kamil Zeynallını MƏHKƏMƏYƏ VERİR
    • 20-05-2019, 17:26
    • 2 331

News24.az Kamil Zeynallını MƏHKƏMƏYƏ VERİR

Bu gün saytımızda şou-biznes nümayəndəsi Kamil Zeynallının borc müqaviləsinin etibarsız sayılması ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə müraciət etməsi haqda məlumat yayılıb.  

Məlumatda Kamil Zeynallı ilə Heydər Cəfərov arasında borc pul məsələsi ilə əlaqədar məhkəmə çəkişməsindən bəhs olunub.

Qeyd edilib ki, iyunun 10-da Bakı Apelyasiya Məhkəməsində işə hakim Şeyda Məhərrəmovanın sədrliyi ilə baxılacaq. Bu məlumatdan sonra Kamil Zeynallı İnistagramda saytın rəhbərliyi və kollektivinin ünvanına təhqiramiz ifadələr işlədib.

News24.az saytının baş redaktoru Ülkər Qasımova məsələ ilə bağlı bildirib ki, Kamil Zeynallı şərəf və ləyaqəti təhqir edən ifadələrinə görə məhkəməyə veriləcək və onun Azərbaycan qanunvericiliyinə uyğun şəkildə cəzalandırılması tələb olunacaq.