-
- 26-06-2024, 23:00
- 835
Türkiyə Mərkəzi Bankı ehtiyatlarında yeni rekord
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) cəmi ehtiyatları 14 İyun həftəsində bir əvvəlki həftəyə görə 149 milyon dollar artıb. Nəticədə ehtiyyatlar 146 milyard 301 milyon dollara çataraq bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
News24.az xəbər verir ki, bunu TCMB həftəlik pul və bank statistikasında açıqlayıb. Müvafiq olaraq, 14 iyun tarixinə Mərkəzi Bankın ümumi valyuta ehtiyatları 2 milyard 77 milyon dollar artaraq 88 milyard 433 milyon dollar olub.
Ümumi valyuta ehtiyatları iyunun 7-də 86 milyard 356 milyon dollar səviyyəsində olub.
Bu dövrdə qızıl ehtiyatları 1 milyard 928 milyon dollar azalaraq 59 milyard 796 milyon dollardan 57 milyard 868 milyon dollara düşüb.
Belə ki, Mərkəzi Bankın cəmi ehtiyatları iyunun 14-ü həftəsində əvvəlki həftə ilə müqayisədə 149 milyon dollar artaraq 146 milyard 152 milyon dollardan 146 milyard 301 milyon dollara yüksəlib.
Günel Məlikzadə