-
- 27-06-2024, 09:54
- 276
Rekord isti: Ölənlər var
Dawn qəzetinin xəbərinə görə, ölkədəki yardım təşkilatlarının rəsmiləri son 3 gündə həddindən artıq istilər nəticəsində həyatını itirən 29 nəfərin cəsədinin Kəraçi şəhərinin müxtəlif yerlərində tapıldığını açıqlayıb.
News24.az xəbər verir ki, yüzlərlə insanın şəhərdəki xəstəxanalara aparıldığı bildirilib.
Digər tərəfdən, ölkənin ən böyük yardım təşkilatlarından biri olan Edhi Vəqfinin rəsmisi Faysal Edhi verdiyi açıqlamada, həddindən artıq istilərdə həyatını itirənlərin sayının daha çox olduğunu bildirib.
Edhi son günlərdə təşkilatın Karaçidəki meyitxanalarına həddindən artıq istilər səbəbiylə öldüyü güman edilən yüzlərlə adamın gətirildiyini, həkimlərin diaqnoz qoymadan ölümlərin səbəbinin tam olaraq nə olduğunu bilə bilmədiklərini ifadə edib.
Günel Məlikzadə