Rafa Silvanın maaşı açıqlandı
    • 27-06-2024, 10:37
    • 308

Rafa Silvanın maaşı açıqlandı

"Beşiktaş" yeni ulduz transferi Rafa Silva ilə müqavilə imzaladığını açıqlayıb.

News24.az xəbər verir ki, "Qara-ağlar" KAP-a etdiyi bildirişdə portuqaliyalı ulduzla 2026-2027 mövsümünün sonuna qədər 3 illik müqavilə imzaladığını açıqlayıb.

Digər tərəfdən, Rafa Silvanın hər mövsüm üçün 6 milyon avro zəmanətli maaş alacağı qeyd edilib.

Beşiktaşın KAP-a açıqlaması;

"Peşəkar futbolçu Rafael Alexandre Fernandes Ferreira da Silvanın transferinə gəlincə, oyunçu ilə 2026-2027-ci il mövsümünün sonuna qədər, 1 iyul 2024-cü ildən qüvvəyə minən üç illik müqavilə imzalanıb. Oyunçuya zəmanət ödəniləcək. Hər mövsüm üçün 6.000.000 Avro ödəniş veriləcək".

Günel Məlikzadə