Kendall məşhur muzeyi icarəyə götürdü? - FOTO
    • 27-06-2024, 15:47
    • 287

Kendall məşhur muzeyi icarəyə götürdü? - FOTO

Modellik karyerasında sürətlə yüksəliş edən və sənayenin ən yaxşı modellərindən sayılan Kendall Cenner Parisin simvolik binalarından olan Luvr Muzeyindən bəzi kadrları paylaşıb.

News24.az xəbər verir ki, öz paylaşımında "Luvrda gecə yarısı" yazan Cenner reaksiyaların mərkəzinə çevrilib.

Modelin gecə yarısı dünyaca məşhur Luvr muzeyinə ayaqyalın getməsi sosial mediada trend mövzusuna çevrilib.

28 yaşlı Cennerin şöhrəti sayəsində bu şəkildə muzeyi ziyarət edə bildiyinə dair şərhlər edilib.

Modelin Leonardo da Vinçinin məşhur əsəri “Mona Liza”ya bu qədər yaxınlaşması Cennerin imtiyazlı olması ilə bağlı şərhlərə səbəb olub.

"Muzeyi icarəyə götürmüsən?"

Cennerin paylaşımında “Sən o qədər zənginsən ki, gecə yarısı Luvr muzeyinə girib ayaqyalın gəzə bilərsən”, “Muzeydə olanda ayaqqabıların haradadır?”, “Belə hörmətsizlikdir!” kimi sözlər yer alıb. "Muzeyi icarəyə götürdünüzmü? Tam bir imtiyaz" edildi.

MailOnline-a verdiyi açıqlamada muzey rəsmiləri Kendall Cennerin muzey bağlandıqdan sonra xüsusi turda iştirak etdiyini açıqlayıblar.

Model mövzu ilə bağlı açıqlama verməsə də, Cennerin sevgilisi Bad Bunny ilə birlikdə muzeyi ziyarət etdiyi düşünülür.

Günel Məlikzadə