Fransada etiraz dalğası: Mona Liza
    • 28-03-2023, 16:47
    • 168

Fransada etiraz dalğası: Mona Liza "64-ə yox" deyib TƏTİL ELAN ETDİ- FOTO

Fransada pensiya yaşını 64-ə çatdıran qanuna etiraz edən işçilər bu gün 10-cu dəfə ümumi tətil keçirib.

News24.az xəbər verir ki, dünyanın ən çox ziyarət edilən muzeyi olan Luvr da tətil çərçivəsində bağlanıb.

Etirazçılar qocalmış Mona Liza tablosuna "64-ə yox" yazıblar. 

Luvrun qarşısında “Mona Liza tətildədir” mahnısını oxuyan və “Makron, qanununu geri çək” şüarları səsləndirən mədəniyyət işçiləri, bu gün keçiriləcək böyük nümayişlərə də qatılacaqlarını bildiriblər.