Federasiyanın vitse-prezidenti və baş katibi istefa verdi
    • 27-06-2024, 17:00
    • 303

Federasiyanın vitse-prezidenti və baş katibi istefa verdi

Serbiya Futbol Federasiyasının vitse-prezidenti Branislav Nedimoviç və baş katib Yovan Surbatoviç vəzifələrindən istefa veriblər.

News24.az qol.az-a istinadla xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.

Serbiya millisi Avro-2024-ün qrup mərhələsində 2 xalla 4-cü yeri tutub. Nəticədə komanda turnirdə mübarizəni dayandırıb. Buna görə Serbiya millisi və Serbiya Futbol Federasiyası yerli azarkeşlər tərəfindən tənqid olunub.

Bu gün isə vitse-prezident Branislav Nedimoviç və baş katib Yovan Surbatoviç millinin uğursuzluğuna görə istefa verib.