Serbiya Prezidenti: Rusiyaya qarşı sanksiya tətbiq etməyəcəyik
    • 3-02-2023, 11:43
    • 380

Serbiya Prezidenti: Rusiyaya qarşı sanksiya tətbiq etməyəcəyik

Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, o, bu fikri Serbiya parlamentinin iclasında səsləndirib.

“Biz bu sanksiyaları həyata keçirməməyin bədəlini ödəyirik, lakin bu, rəhbərliyimizin siyasi öhdəliyi ilə bağlı bir məsələdir", - deyə Vuçiç bildirib.