Uşaqlar içində kişi meyiti olan çamadan tapdılar
    • 27-06-2024, 23:14
    • 517

Uşaqlar içində kişi meyiti olan çamadan tapdılar

Rusiyanın Primorsk diyarında uşaqlar içində kişi meyiti olan çamadan tapıblar.

News24.az medianews.az-a istinadla xəbər verir ki, bu barədə “Amur Mash” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, çamadan Nadejdinski rayonunun Kazarma kəndində Vtoraya Reçka çayında tapılıb. Hələlik şəxsiyyəti bəlli olmayan şəxsin başında polietilen torba olub.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (“Qətl”) maddəsi ilə cinayət işi başlanıb. Hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparılır.