Məşhur aktyor görün kimlə evləndi - FOTO
    • 28-06-2024, 09:54
    • 4 540

Məşhur aktyor görün kimlə evləndi - FOTO

"Bir Zamanlar", "Günəşin Qızları", "İtirilmiş Şəhər", "Ata kimi"  seiallarla tanınan Tolqa Sarıtaş dizayner Zeynep Mayrukla evlənib.

News24.az xəbər verir ki, 33 yaşlı aktyor və Mayruk Çeşmədə ailə qurub.

Beş ilə yaxındır birlikdə olan cütlük sevdiklərini tək qoymayıb.

Cütlüyün toyuna Engin Akyürek, Alina Boz, Umut Evirgen, Melis Birkan, Aras Aydın, Hatice Şendil, Burak Sağyaşar, Sarp Akkaya, Sinem Akkaya, Özgür Çevik və Hatice Kartoğlu kimi bir çox məşhur isim qatılıb.

Zeynep Mayruk krujeva detallı straplez model gəlinlik seçib. Sarıtaş ağ smokin geyinib.

Günel Məlikzadə