Tramp ABŞ üzərində "qalxan" yaratmaq istəyir
    • 30-06-2024, 09:39
    • 148

Tramp ABŞ üzərində "qalxan" yaratmaq istəyir


Növbəti prezidentlik müddətimdə biz ölkəmiz üzərində nəhəng, bənzəri olmayan Dəmir Qübbə yaradacağıq.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu ABŞ-da prezidentliyə namizəd Donald Tramp deyib.

O, İsrailin də oxşar raketdən müdafiə sisteminə malik olduğuna aydınlıq gətirib:

“Niyə bizdə bu yoxdur? Yəhudi dövləti Dəmir Qübbənin köməyi ilə İranın hücumlarını necə dəf etdi?! 300 raketdən yalnız biri hədəfi zədələyə bildi”.