Tramp: Həbsə hazıram!
    • 2-06-2024, 22:09
    • 1 454

Tramp: Həbsə hazıram!


Prezidentlik uğrunda mübarizə aparmağa hazırlaşan ABŞ-ın keçmiş lideri Donald Tramp Nyu Yorkda hakimin müvafiq qərarı verəcəyi təqdirdə həbs cəzasına hazır olduğunu bildirib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, o, bu barədə "Foks Nyus"a müsahibəsində deyib.

Tramp əlavə edib ki, o, ev dustaqlığı və ya hətta həbs cəzasına məhkum ediləcəyi ehtimalını anlayır.