Nadir Qafarzadə: “Dünyanın ən bədbəxt insanı mənəm“
    • 30-06-2024, 12:34
    • 2 666

Nadir Qafarzadə: “Dünyanın ən bədbəxt insanı mənəm“


Müğənni Nadir Qafarzadə sosial şəbəkə paylaşımı ilə yenidən gündəm olub. 

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu dəfə ifaçı səhər yeməyi zamanı çəkilən görüntülərini paylaşıb. Paylaşım zamanı müğənni çörəkdən imtina etdiyini dilə gətirib:

"Belə şey yoxdur. Mən çörəyi iyləyirəm. Minnət olmasın, amma siz tamaçılara görə edirəm. Sizə görə hər şeydən imtina edirik. Biz sənətçilər nələr çəkirik. Ətrafdakılar da mənə gülür ki, kökəlməkdən qorxursunuz. Dünyanın ən bədbəxt insanı mənəm, çörəyi iyləyirəm".