Məşhur müğənni qəza keçirdi - FOTO
    • 1-07-2024, 12:29
    • 329

Məşhur müğənni qəza keçirdi - FOTO

İzzet Yıldızhan 90-cı illərin məşhur usta sənətçiləri arasındadır. 1994-cü ildə "Adsız Əsgər – Yoksan" albomu ilə musiqi sektoruna qədəm qoyan usta sənətçi tətilə getdiyi Göcekdə qəza keçirib.

News24.az xəbər verir ki, o, tətil üçün getdiyi Göcekdə qayıqda olarkən dənizdə çimmək istəyib. Ustad sənətçi qayıqdan dənizə tullanarkən boynunu zədələyib. Tələsik xəstəxanaya çatdırılan İzzət Yıldızhana tibbi yardım göstərilib. Məşhur musiqiçiyə boyunluq taxılıb.

Qeyd edək ki, onun səhhətinin yaxşı olduğu öyrənilib.

Məşhur musiqiçi qəzadan sonra oğlu və qardaşı oğlu ilə ilk fotosunu da sosial media hesabında paylaşıb. 

Günel Məlikzadə